Accessibility links

ETTELAAT Təbriz zindanı ətrafında toplaşanları dağıdıb


ETTELAAT Təbriz zindanı ətrafında toplaşanları dağıdıb

ETTELAAT Təbriz zindanı ətrafında toplaşanları dağıdıb

Urmiya gölünün qurumasına etiraz olaraq Təbrizdə və Urmiyada yüzlərlə fəal və ətraf mühit mühafizəçisinin keçirdiyi 2 aprel aksiyaları təzyiqə məruz qalıb.

İranın Kəşfiyyat (ETTELAAT) Nazirliyinin əməkdaşları aprelin 5-də məhbus övladlarından xəbər tutmaq məqsədi ilə Təbriz zindanın ətrafında toplaşan onlarla azərbaycanlı fəalın ailə üzvlərini dağıdıb.

Urmiyə gölünün qurudulmasına etiraz olaraq Təbrizdə və Urmiyədə yüzlərlə fəal və ətraf mühit mühafizəçisinin keçirdiyi 2 aprel aksiyaları təzyiqə məruz qalıb. İran polisi və mülki geyimli təhlükəsizlik qüvvələrinin “Yaşasın Azərbaycan”, “Urmu gölü susuzdur”, “Urmu gölü səslənir, susuzam haray-haray”, “Sədləri sındırın, Urmu gölünü doldurun”, “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa, uduzdu” şüarları səsləndirən dinc aksiyaçılara qarşı hücumunda 70 nəfər tutulub, 20 nəfər isə yaralanıb.

“Media forum” saytının məlumatına görə, polis və mülki geyimi ETTELAAT əməkdaşları dinc şəkildə Təbriz zindanının darvazası yanında və digər yerlərdə toplaşan məhbus valideynlərinə qarşı zorakılıq nümayiş etdirərək hər hansı etiraz aksiyasının keçirilməsinin qarşısını almaq üçün onları kobud şəkildə dağıdıblar. Hadisədə məhbus valideynlərindən kimlərinsə tutulub-tutulmadığı barədə məlumat yoxdur.

XS
SM
MD
LG