Accessibility links

Ettelaat rəhbəri: “600 jurnalistə zərbə vurmuşuq”


ETTELAAT-ın rəhbəri Heydər Moslehi
ETTELAAT-ın rəhbəri Heydər Moslehi

Heydər Moslehi deyib ki, Ettelaat ölkədə və xarici ölkələrdə fəaliyyət göstərən yüzlərlə jurnalistə zərbə endirib

İran kəşfiyyatının – Ettelaat-ın rəhbəri Heydər Moslehi martın 4-də İsfahan cümə namazı rəhbərlərinin toplantısında çıxış edərək son vaxtlar tutulan və ya ifadə vermək üçün çağırılan jurnalistlərdən danışıb.

“Media forum” saytının məlumatına görə, Heydər Moslehi deyib ki, Ettelaat ölkədə və xarici ölkələrdə fəaliyyət göstərən yüzlərlə jurnalistə zərbə endirib: “Ettelaat əməkdaşları 600 nəfərdən ibarət jurnalist qrupuna böyük zərbə vurub. Zərbəyə məruz qoyulan həmin jurnalistlərin 150-si ölkədə, qalanları isə xarici ölkələrdə fəaliyyət göstərir”.

Heydər Moslehi bildirib ki, həmin jurnalistlər son vaxtlar xarici ölkələrdə müxtəlif televiziya kanalları yaradaraq İran İslam Respublikasına qarşı təbliğat aparıblar: “Onların bir qrupu tutulub həbsə salınıb, bəziləri isə ifadə vermələri üçün Ettelaata çağırılıb. Fitnəçi jurnalistlərin əsas məqsədi prezident seçkisi ərəfəsində hakimiyyətdən intiqam almaqdır. Onların məhz bu niyyətini nəzərə alaraq Ettelaat seçki ərəfəsində tədbir görür, meydana çıxa biləcək hər hansı fitnənin qarşısını indidən almağa çalışır”.

Ettelaat rəhbəri xarici ölkələrdə fəaliyyət göstərən iranlı jurnalistlərə hansı yollarla zərbə vurduqlarını açıqlamayıb.

İranda prezident seçkisi bu ilin iyun ayında keçiriləcək.
XS
SM
MD
LG