Accessibility links

ETTELAAT rəhbəri nüvə casuslarının ifşa olunduğunu bildirib


Mahmud Ələvi
Mahmud Ələvi

İranın xüsusi xidmət orqanı ETTELAAT-ın rəhbəri Mahmud Ələvi Buşehr nüvə stansiyasının fəaliyyəti ilə bağlı xarici ölkələrə casusluq edən bir neçə nəfərin tutulduğunu bildirib.

“Media forum” saytının məlumatına görə, oktyabrın 21-də jurnalistlərə açıqlamasında Mahmud Ələvi deyib ki, ETTELAAT nüvə stansiyasının təhlükəsizliyini qorumaq üçün nəzarəti gücləndirib: “Təhlükəsizlik qüvvələrinin sayıqlığı sayəsində xarici kəşfiyyat xidmətlərinin xeyrinə casusluğa cəhd edən bəzi ünsürlər ifşa edilərək həbs olunub.

Buşehr əyaləti ölkəmizə göz dikən bir neçə ölkə ilə həmsərhəd olduğuna görə orada təhlükəsizlik baxımından həssaslıq dərəcəsi yüksəkdir və hər şey nəzarətdə saxlanır”.

ETTELAAT rəhbəri tutulanların adlarını, neçə nəfər olduğunu və hansı ölkələrin kəşfiyyatına casusluq etdiklərini açıqlamayıb.

XS
SM
MD
LG