Accessibility links

Avropa İttifaqı Belarus hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib


Avropa İttifaqı Belarus hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib
Avropa İttifaqı Belarus hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı Belarus hökumətinə qarşı siyasi dissidentlər və fəalları davamlı şəkildə təqib etdiyinə görə yeni sanksiyalar tətbiq edib. Avropa ölkələrinin xarici işlər nazirləri Belarus prezidenti Aleksandr Lukaşenko ilə birbaşa əlaqəsi olan üç şirkət və bir neçə şəxsi siyahıya əlavə edib. Buraya silah maqnatı və prezident Lukaşenkonun müşaviri Vladimir Peftiyev və onun şirkətləri daxildir. Bu, ilk dəfədir ki Avropa İttifaqı Belarusun biznes sektorunu hədəf alır. 27 üzv ölkənin daxil olduğu blokun tətbiq etdiyi əvvəlki sanksiyalara əsasən prezident Aleksandr Lukaşenko və 150 nəfər başqa hökumət rəsmisi və prezidentə yaxın adamın hesablarını dondurulub və onların səfərlərinə məhdudiyyətlər qoyulub.

XS
SM
MD
LG