Accessibility links

Avropa İttifaqı əfvi alqışlayır


Ketrin Eşton
Ketrin Eşton

Ketrin Eşton ümid edir ki, bu fundamental hüquq və azadlıqlar, demokratiya istiqamətində növbəti addımların atılmasını təşviq edəcək.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi və komissiyanın vitse-prezidenti Ketrin Eşton Azərbaycanda siyasi fəalların əfv edilməsi ilə bağlı xüsusi bəyanatla çıxış edib.
Sənəddə deyilir ki, 2 aprel 2011-ci il tarixində keçirilmiş dinc mitinqin həbs olunmuş qalan doqquz iştirakçısının 22 iyun tarixində azad edilməsini böyük məmnuniyyətlə alqışlayıram. “Bu, ölkədə vətəndaş və siyasi hüquqları bərpa etmək, sərbəst toplaşmaq və ifadə azadlıqlarının təmin edilməsi istiqamətində tədricən irəliləmək üçün göstərilən cəhdlərdə Azərbaycanın atdığı təqdirəlayiq addımdır.
Ümid edirəm ki, bu qərar fundamental hüquq və azadlıqların tam şəkildə qorumaq, ölkənin demokratiya və qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərini yerinə yetirmək istiqamətində növbəti addımların atılmasını təşviq edəcəkdir”.
Vitse-prezident xatırladıb ki, Avropa İttifaqı bu cəhdlərin göstərilməsində Azərbaycana yardımını davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG