Accessibility links

Avropa Parlamenti Rusiyada ədliyyə sistemi ilə bağlı narahatlığını bildirib


Parlament üzvlərinin bəyanatında müxalifət fəallarının təqibləri ilə bağlı narahatlıq ifadə edilir

Avropa Parlamenti Rusiyada ədliyyə sistemi ilə bağlı narahatlığını bildirərək, müxalifət fəallarının siyasi motivlər əsasında qorxudulması və təqib hallarının müşahidə edildiyini qeyd edib.

Cümə axşamı açıqlanan bəyanatda Avropa Parlamenti prezident Vladimir Putinin liderliyinə etiraz olaraq aksiya keçirən Pussy Riot qrupunun üç üzvünün hər birinə iki il həbs cəzası verilməsini qeyd edib. Parlamentin üzvləri Avropa İttifaqının xarici siyasət şöbəsinin müdiri Ketrin Eşton və Rusiyanın baş naziri Dmitri Medvedevin bu həftənin əvvəli qərarın əks təsiri malik olduğuna dair bəyanatından sonra qərarla bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Avropa Parlamentinin üzvləri xuliqanlığa görə çıxarılmış qərara Rusiyanın beynəlxalq təəhhüdlərinə uyğun olaraq yenidən baxıla biləcəyinə ümid etdiklərini ifadə ediblər.

Bəyanatda həmçinin deyilir ki, ölkədə cəzasızlıq atmosferi və geniş yayılmış korrupsiya Moskvanın Avropa Şurası və ATƏT üzvü kimi öhdəliklərini yerinə yetirmədiyinə işarədir.
XS
SM
MD
LG