Accessibility links

Avropa İttifaqı keçmiş Tunis liderinin hesablarını dondurur

  • Amerikanın səsi

Avropa İttifaqı keçmiş Tunis liderinin hesablarını dondurur

Avropa İttifaqı keçmiş Tunis liderinin hesablarını dondurur

Avropa İttifaqının xarici işlər nazirləri hakimiyyətdən devrilmiş Tunis prezidenti Zine əl-Abidin Ben Əli və onun ailəsinin hesablarının dondurulması haqda razılıq əldə ediblər. Bu addım Tunis rəsmilərinin müraciətinə əsasən atılıb. Diplomatik mənbələrə əsasən, keçmiş prezidentə yaxın onlarla adam da eyni sanksiyalarla qarşılaşa bilər. Cənab Ben Əli hakimiyyətdə olduğu müddətdə ölkənin varidatını mənimsəməkdə ittiham olunur. Onun hesablarının harada saxladığı aydın deyil. Yanvarın 19-da İsveçrə Tunis liderinə məxsus bütün hesabların dondurulduğunu elan etmişdi.

XS
SM
MD
LG