Accessibility links

PKK döyüşçülərini çərşənbə günü Türkyədən çıxarmağa başlayır



Kürd yaraqlıları çərşənbə günü silahlı döyüşçülərinTürkiyədən çıxarılıb İraqın şimalındakı bazalara göndəriləcəyini təsdiq edib.

Kürdüstan Fəhlə Partiyası PKK mart ayında atəşkəs elan etmiş və 30 ilə yaxın davam edən münaqişəyə son qoymaq məqsədilə aparılan danışıqların bir hissəsi kimi Türkiyədən döyüşçülərini çıxarmağa söz vermişdi.

Kürd yaraqlılarının bəyanatında döyüşçülərin birinci qrupunun Türkyədən çərşənbə günü çıxarılacağı və bir həftə ərzində İraqın şimalındakı bazalarda yerləşdiriləcəyi bildirib.

Həm Türkiyə, həm PKK yaraqlıların heç bir təntənə olmadan sakit şəkildə ölkədən çıxacağını bildirib.

Kürd tərəfdarı siyasi partiyanın lideri olan Səlahəddin Demirtaş kürd yaraqlılarının Türkiyədən çıxarılması prosesinin 3-4 ay sürəcəyini bildirib.
XS
SM
MD
LG