Accessibility links

Avropada futbol çempionatına start verildi (YENİLƏNİB)

  • Amerikanın səsi

Varşavada 100 min yerlik stadionda Polşa və Yunanıstan milli yığmaları arasında 2012-ci il Avropa futbol çempionatının açılış oyunu 1:1 hesabla heç-heçə başa çatıb.

16 milli yığma komandanın iştirak etdiyi çempionata Polşa və Ukrayna ev sahibliyi edir.

Çempionatın açılış günü ikinci matçında isə bu gün Rusiya və Çex Respublikası görüşür.

Avropa Birliyinin bəzi yüksək səviyyəli nümayəndələri Ukraynada keçmiş baş nazir və müxalifət lideri Yuliya Timoşenko ilə həbsxanada rəftarla əlaqədar futbol çempionatını boykot edəcəkləri ilə hədələmişlər.

Xanım Timoşenko 2009-cu ildə baş nazir olduğu zaman Rusiya təbii qazın nəqlinə dair razığıq əldə edildikdə səlahiyyətlərindən sui-istifadə etmək ittihamları əsasında yeddi il həbs cəzasına məhkum olmuşdur.

Keçmiş baş nazir bu ittihamları rədd edir və bunların Ukrayna prezidenti Viktor Yanukoviçin güclü siyasi rəqibini kənarlaşdırmaq səylərinin bir hissəsi olduğunu deyir.

XS
SM
MD
LG