Accessibility links

Avropada kredit böhranı İspaniyaya yayılıb


Kredit reytinqlərini müəyyən edən Standard and Poor's şirkətinin İspaniya üçün krediti azaltması ilə Avropada böhranın bu ölkəyə də yayıldığı bildirilir.

Kredit reytinqlərini müəyyən edən Standard and Poor's şirkətin İspaniya üçün krediti bir xal endirməsi ilə Avropada kredit böhranının bu ölkəyə də yayıldığı bildirilir.

Standard and Poor's bu addımı dünən Portuqaliya və Yunanıstan üçün aksiya birjasında qiymətlərin kəskin enməsinə səbəb olan reytinqin endirilməsindən sonra atıb.

Kredit reytinqləri bu ölkələrin öz borclarını ödəyə bilməməsilə bağlı narahatlıqlar fonunda azaldılır və o deməkdir ki, bu ölkələrə kredit daha yüksək faizlə veriləcək.

Böhran başqa ölkələr və Beynəlxalq Valyuta Fondundan yardım istəyən Yunanıstanda daha ciddi şəkil almışdı.

XS
SM
MD
LG