Accessibility links

Yunanıstan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə yardım paketinə dair razılıq əldə edib


Yunanıstan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə yardım paketinə dair razılıq əldə edib
Yunanıstan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə yardım paketinə dair razılıq əldə edib

160 milyard dollarlıq yardım paketinin qəbul edilməsi üçün Yunanıstan öz növbəsində ciddi addımlar atmağa hazır olduğunu nümayiş etdirməlidir

Yunanıstanın baş naziri Corc Papandreu hökumətin Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə bir neçə milyard dollarlıq yardım paketi haqda razılıq əldə etdiyini deyib.

Onun sözlərinə görə, yardım paketi Yunanıstanın müflis olmasının qarşısının alınması üçün zəruru idi və Yunanıstan böyük güzəştlərə getməyə hazır olduğunu göstərməli idi.

160 milyard dollarlıq yardım paketinin detalları bu gün ərzində açıqlanmalıdır. Plana əsasən, Avropa Birliyinin 15 ölkəsi və Beynəlxalq Valyuta Fondu Yunanıstana borcun müddətini uzadacaq.

Yardımın böyük hissəsi Almaniyanın payına düşsə də, hökumət Afinanın ciddi addımlar atmadığı halda, fondlarını açmağa razı olmurdu. Almaniyanın İqtisadiyyat naziri Rayner Bröderle bu gün deyib ki, hökumət öz tərəfindən maliyyəni ayırmaq haqda qərar verməzdən əvvəl yardım haqda razılığı çox yaxından öyrənəcək.

XS
SM
MD
LG