Accessibility links

Almaniya kansleri Angela Merkel borc böhranının aradan qaldırılması üçün Avropanın təkcə valyuta sistemi deyil, siyasi birliyə də ehtiyacı olduğunu deyib.

Bu gün Almaniya televiziyasına müsahibə zamanı xanım Merkel bildirib ki, avrozonaya daxil olan 17 ölkənin hər birinin hökuməti səlahiyyətləri tədricən vahid Avropa rəhbərliyinə verməyə başlamalıdır.

Kansler Merkel valyuta birliyinin kifayət olmadığını deyərək, avrozonaya daxil olan ölkələr üçün birgə büdcə siyasətinin hazırlanması, eləcə də büdcə birliyi və bundan daha önəmli siyasi birliyin yaradılmasının zəruri olduğunu bəyan edib.

Xanım Merkel avrozonada artıq üçüncü ildir sürən və İspaniya banklarının zəifləməsi, Yunanıstanda isə siyasi qeyri-sabitlik kimi sınaqlar yaradan borc böhranının aradan qaldırılması üçün ağır iqtisadi ölçülər götürülməsi təklifi ilə çıxış edən ilk liderlərdən biri olub.

Avropanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan Almaniyanın lideri qitənin zəif iqtisadiyyatını stimullaşdırmaqla bağlı bu həftə ABŞ prezidenti Barak Obama, Britaniyanın Baş naziri Deyvid Kameron və başqaları tərəfindən təzyiqlərlə qarşılaşıb.

XS
SM
MD
LG