Accessibility links

İtaliyanın baş naziri iqtisadi ölçülərə dəstək qazanmağa çalışır

  • Amerikanın səsi

İtaliyanın baş naziri iqtisadi ölçülərə dəstək qazanmağa çalışır

İtaliyanın baş naziri iqtisadi ölçülərə dəstək qazanmağa çalışır

İtaliyanın Baş naziri Mario Monti təklif edilmiş ciddi iqtisadi ölçülərə dəstək qazanmaq məqsədilə bu gün partiyasının liderləri ilə görüşüb.

Hökumət hələ bu tədbirlərin nədən ibarət olduğu barədə detalları açıqlamayıb, lakin bunların vergi ixtisarı və vergi artımı, habelə təqaüd yaşının artırılması ola biləcəyi deyilir.

Bir sıra siyasətçi ölüçülərin olduqca sərt, lakin zəruri olduğunu deyib, cənab Monti isə onların mümkün olduğu qədər ən ədalətli bir şəkildə tətbiq ediləcəyinə söz verib. İtaliya hökuməti tədbirləri təsdiq etmək üçün bazar ertəsi iclas keçirəcək.

Yunanıstan, İrlandiya və Portuqaliya keçən il xarici ölkələrdən iqtisadi yardım paketi alıb. Indi Avropa liderləri qitədə iqtisadi baxımdan inkişaf etmiş üçüncü ölkə olan İtaliyanın da borca görə defolt olmaması üçün iqtisadi yardım paketinə ehtiyacı olacağından ehtiyat edir.

Belə bir böhranın yaranması Avropanın valyuta ittifaqına təhlükə törətməklə yanaşı, dünyanı yeni iqtisadi tənəzzülə sürükləyə bilər.

XS
SM
MD
LG