Accessibility links

Ölkədə beşinci kvartaldır iqtisadi tənəzzül müşahidə olunur


İspaniya Bankı ölkə iqtisadiyyatının iyul-sentyabr ayları arasında artıq beşinci kvartal tənəzzüldə olduğunu bildirir. Mərkəzi Bankın verdiyi məlumata görə, ölkə iqtisadiyyatında 0,4 faiz enmə müşahidə olunub.

Ölkədə işsizlik səviyyəsi yüksək qalmağa davam edir. İspaniyada işləmək qabiliyyəti olan əhalinin dörddə biri hələ işsizdir. Təhlilçilər iqtisadiyyata dair son göstərilərin Baş nazir Mariano Rajoya beynəlxalq ictimaiyyətə maliyyə yardımı almaq məqsədilə müraciət etməsi üçün təzyiqlərin artmasına gətirib çıxara bilər.

Avropa Mərkəzi Bankı avro valyutasının istifadə edilən 17 ölkəyə borc böhranından çıxmağa kömək etmək üçün qeyri-məhdud məbləğdə istiqraz verilə biləcəyini bildirir. Lakin hələlik İspaniyanın Baş naziri Rajoy yardım haqda müraciət etməyib.

Bu arada, Yunanıstanın Baş naziri Antonis Samaras ölkəyə maliyyə yardımı göstərmiş beynəlxalq kreditorların ikinci dəfə yardım göstərməsindən əvvəl onların tələbilə hazırlanmış yeni ciddi iqtisadi yardım paketi ilə bağlı razılığın əldə edilməsi məqsədilə koalisiya üzrə öz müttəfiqləri ilə görüşür. Yunanıstan iyul ayından başlayaraq, kreditorla görüşlər keçirir, lakin iqtisadi ölçülər paketinin şərtləri ilə bağlı danışıqlarda inkişaf əldə edilməyib.
XS
SM
MD
LG