Accessibility links

Avropa, media və İslam [Video]


Fransada və dünyanın başqa ölkələrində minlərlə insanın Parisdə öldürülənlərin xatirəsini anması, onların özlərinin “söz azadlığı”na münasibətini bildirməsidir. Bəziləri bununla bağlı fikrini “Məhəbbət niftərdən güclüdür” cizgi filmində ifadə edirsə, digəri evdə hazırladığı şüarda “Mətbuat azadlığının qiyməti yoxdur!” yazır.

Lakin bu fikirlə hamı razı deyil. Bu, Parisdəki satirik jurnalın ofisinə ikinci hücum idi. Bir çox ölkədə Danimarka qəzetində dərc olunan Məhəmməd peyğəmbərin karikaturasına qarşı nümayişlər keçirildi və 2005-ci ildə bir neçə zorakılıq baş verdi.

Bundan əlavə, 2004-cü ildə müsəlman qadınların müalicəsi haqda sənədli film nümayış etdirdikdən sonra danimarkalı rejissor öldürüldü.

Ekspertlərin dediyinə görə, mətbuat azadlığına hörmət edən qərblə hakimiyyətə hörmət, əsasən də din xadimlərinə, islamın şəklinin çəkilməsinə qadağa qoyan islamçılar arasındakı zorakılıqlar dünyada baş verənlərin bir hissəsidir.

Kerol Kerstin Londonun Kral Kollecində İslam fənnindən dərs deyir. “Satirik mediada dərc edilən təhrikçi şəkillər radikallara Allah tərəfindən göndərilən bəhanədir”.

Lakin o, onu da əlavə edib ki, yaraqlıların etdikləri ilə müsəlmanların çoxu razı deyil. Əslində Liviya da daxil edilməklə, bir neçə müsəlman ölkəsi Parisdəki hücumu qınayıb.

“Charlie Hebdo”nun rəssamları məhdudiyyətsiz satira forması ilə məşğul olurdular. Onlar İslam Dövləti qrupunun liderinin karikaturasını Tvitterdə hücumdan bir az əvvəl bölüşmüşdülər.

London Jurnalistika Məktəbinin müəllimi və jurnalist Qevin İvans: “Mən bunun jurnalizmin bir hissəsi olduğuna inanıram. Karikatura ənənəsinin yüz ildən çox yaşı var”.

İvans “Charlie Hebdo”nun digər dini rəhbərlərlə birlikdə papanı da ələ saldığını deyir. Hazırda o, bütün karikaturaçı jurnalistlərin narahat olduğunu bildirir. “Karikaturaçısı olan hər bir redaktor bundan sonra islam fundamentalizmi ilə bağlı hər mövzuda ehtiyatlı olmalıdır”.

Bəzi qəzet redaktorları “Charlie Hebdo” karikaturalarını dərc etməkdən imtina edib. Amma belə görünür ki, Londonun İndependent qəzeti bu sırada deyil.


XS
SM
MD
LG