Accessibility links

Avropada millətçi cərəyanın yüksəlişi Ukraynanın Qərbə inteqrasiyasına əngəl törədir [Təhlil]


Bazar günü Ukraynada keçirilən seçkilərdə prezident vəzifəsinə Qərbyönümlü namizəd seçildi. Lakin elə həmin gün başqa bir səsvermənin nəticəsi Ukraynanın Avropaya inteqrasiyasına ciddi bir maneəyə çevrildi.

Bu yaxınlarda Avropa Parlamentinə keçirilən seçkilər gözlənilmədən Ukrayna və onun Avropa ambisiyalarına zərbə endirə bilər.

Onilliyin sonunadək Brüsseldə qərargahlanacaq parlamentin üzvlərinin üçdə-biri Avropa İttifaqı və Aİ genişlənməsinin əleyhinə çıxır. Bir çox hallarda onlar Rusiya prezidenti Vladimir Putini alqışlayırlar.
Avropa seçkilərinin nəticələri Ukrayna üçün yaxşı deyil. Bu, Ukraynaya yardım məsələsinə təsir edəcək.
Moskvanın Karnegi Mərkəzindən təhlilçi Mariya Lipman bu avroskeptiklərin ən əvvəl Ukraynaya maliyyə yardımını kəsmək istəyəcəklərini deyir. “Avropa seçkilərinin nəticələri Ukrayna üçün yaxşı deyil. Bu, Ukraynaya yardım məsələsinə təsir edəcək. Avropa İttifaqı bununla bağlı artıq ciddi maneələrlə üzləşir. Burada iqtisadiyyatın durumu yaxşı deyil.”

Bazar günü Ukraynada keçirilən seçkilərdə Avropayönümlü namizədlər səslərin 80 faizini topladı. Petro Poroşenko isə 54 faiz səslə qələbə çaldı.

Bazar ertəsi Kiyevdə olan Avropa Birliyi Parlamenti nümayəndə heyətinin baçısı Qoran Faerm Avropa Birliyinin Ukraya ilə azad ticarət zonası və vizasız rejim razılığı imzalamağa hazır olduğunu deyib.
Ultra-sağçı Fransa Milli Cəbhəsinin lideri Marin Le Pen qələbəni bayram edir

Ultra-sağçı Fransa Milli Cəbhəsinin lideri Marin Le Pen qələbəni bayram edir

Lakin Brüsselə qayıtdıqdan sonra Avropa İttifaqında parlament üzvlərinin azaldığını görüb. Bu isə Avropa qapılarının Ukraynanın üzünə bağlanması deməkdır. Onlar Ukraynanın Rusiya üçün problem olduğunu deyirlər.

Kreml isə bu siyasətçiləri özünə tərəf çəkməyə çalışır.

Keçən ay Fransa Milli Cəbhəsinin lideri Marin Le Pen Moskvada səfərdə olub. O, Rusiya prezidenti Vladimir Putini tərifləyib və əlavə edib ki, Ukraynanın Avropa İttifaqına üzv olmasının heç bir mənası yoxdur.

Cənab Putin də öz növbəsində Marin Le Penin Fransada qazandığı müvəffəqiyyətini yüksək qiymətləndirdiyini deyib.
Nigel Faraj Rusiyanı və şəxsən Vladimir Putini alqışlayan bəyanatlarla şxış edir
Bazar günü Avropa Parlamentinə keçirilən seçkilər zamanı Fransanın Milli Cəbhəsi yerlərin çoxunu qazana bilib. Budapeştdəki Siyasi Kapital institutunun direktoru Piter Kreko Avropanın gələcək hüquqlarını təhqiq etməklə məşğuldur. Onun dediyinə görə, Avropadakı millətçi partiyaların Amerikaya və Avropa Birliyinə qarşı olduğunu, buna görə də onların prezident Putinlə ümumi dil tapa bildiklərini deyir.

Kremlin maliyyələşdirdiyi RT telekanalı Le Penə dair 100-dən çox reportaj işıqlandırıb. Rusiya dövlət mediası Birləşmiş Krallıq İstiqlaliyyət Partiyasının (UKIP) lideri Nigel Farajla 17 dəfə müsahibə aparıb. Faraja öz bəyanatlarında tez-tez Rusiyaya dəstək ifadə edir.

Bazar günü seçkilərində UKIP səslərin əksəriyyətini qazandı. Britaniya seçkilərində ilk dəfə idi ki, birinci yerə Leyboristlər yaxud Konservativlər çıxa bilmədi.
XS
SM
MD
LG