Accessibility links

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri İrana qarşı daha ciddi sanksyalar tətbiq edəcəklər


Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri İrana qarşı daha ciddi sanksyalar tətbiq edəcəklər
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri İrana qarşı daha ciddi sanksyalar tətbiq edəcəklər

Yeni sanksiyalara neft və qaz sənayelərinə sərmayə qoyuluşunu qadağan etmək də daxildir

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri İrana qarşı daha ciddi sanksyalar tətbiq etmək üçün qərar çıxarmağa hazırlaşırlar. Yeni sanksiyalara neft və qaz sənayelərinə sərmayə qoyuluşunu qadağan etmək də daxildir. Bu gün verilmiş bəyannamədə deyilir ki, nazirlər İranın nüvə proqramına dair yeni sanksiyalar təsdiq edəcək və Tehranı danışıqlara davam etdirməyə çağıracaq. Xarici işlər nazirləri gələn həftə, bazar ertəsi Brüsseldə görüşəcəklər. Avropa İttifaqının yeni sanksiyalarına ticarət, bank və sığorta, və yük təyyarələrinin nəqliyyatı daxil olacaq. Xəbər agentliklərii bildirir ki, qətnamə layihəsində İran beynəlxalq ictimayyətin nüvə proqramı ilə bağlı narahatlığını yüngülləşdirmək üçün imkandan istifadə etməyə çağırır. Layihə eyni zamanda Tehran ilə Avropa İttifaqının Yüksək səviyli nümayəndəsi Katerin Aşton və nüvə danışıqlarına cəlb olunmuş altı ölkə arasında danışıqlar günü haqda razılığa gəlməyə çağırır. Bəyannamə bu həftə Bruseldə Avropa İttifaqının səfirləri tərəfindən təsdiq edilməlidir. Lakin böyül dəyişikliklər gözlənilmir.

XS
SM
MD
LG