Accessibility links

Avroviziya mahnı müsabiqəsinin iştirakçıları yarım-finala hazırlaşır


Səfurə ƏIizadə
Səfurə ƏIizadə

Azərbaycanlı Səfurə Əlizadə deyir ki, müsabiqənin favoriti olmaq onu mahnını daha da yaxşı ifa etməyə həvəsləndirir

Norveç paytaxtı Osloda Avroviziya mahnı müsabiqəsinin iştirakçıları məşq çıxışları ediblər. Telenor Arena konsert zalında səhnəyə çıxan ilk iştirakçı azərbaycanlı Səfurə Əlizadə oldu.

Səfurə Əlizadə isveçli duet Anders Baqq və Stefan Ornun bəstələdiyi “Drip Drop” mahnısını ifa edir. Norveç paytaxtında pərəstişkarların sayının artması ilə yanaşı, mahnının özü də müsabiqədə ən çox sevilən mahnılardan biridir. Məşqdən sonra mətbuat konfransı zamanı danışan Səfurə dedi ki, müsabiqənin favoriti olmaq onu mahnını daha da yaxşı ifa etməyə həvəsləndirib.

Avroviziya mahnı müsabiqəsində ilk yarım final sabah mayın 15-də keçiriləcək. Azərbaycan, Ukrayna, Bolqarıstan, Ruminıya, Xorvatiya və Güürcüstandan iştirakçılar may ayının 27-də yarım finalda yarışacaq. Final müsabiqə isə şənbə günü mayın 29-da olacaq. Fransa, Almaniha, İspaniya, Böyük Britaniya Avroviziya müsabiqəsinin daimi iştirakçı kimi finalda təmsil olunur. Müsabiqəyə ev sahibliyi edən Norveç də avtomatik finala çıxır. Beləliklə müsabiqənin finalında 25 ölkədən iştirakçı arasında rəqabət gedəcək.

1956-cı ildən yayımlanan Avroviziya müsabiqəsi dünyada ən uzun zamandır translasiya olan televiziya proqramlarından biridir. İllər keçdikcə müsabiqədə iştirak edən ölkələrin sayı artmışdır. Avroviziya müsabiqəsinin təşkilatçıları bildirir ki, dünya üzrə bu il 125 milyon insan mahnı müsabiqəsini telviziyada izləyəcək. 2009-cu ildə ən çox xoşladığı mahnıya səs vermək üçün Avropada rekord sayda insan finalistin seçilməsində iştirak edib.

Videoya bax:


XS
SM
MD
LG