Accessibility links

“Eurovision 2011” müsabiqəsinin təşkilatçıları Azərbaycanı azadlıqları təmin etməyə çağırır


“Eurovision 2011” müsabiqəsinin təşkilatçıları Azərbaycanı azadlıqları təmin etməyə çağırır

“Eurovision 2011” müsabiqəsinin təşkilatçıları Azərbaycanı azadlıqları təmin etməyə çağırır

Avropa Yayım Şurası Azərbaycan hökumətini xarici qonaqlar üçün zəruri vizaların verilməsi, müsabiqəyə gedəcək iştirakçı, nümayəndə heyəti, mətbuat təmsilçiləri və turistlərin söz, ifadə və mətbuat azadlığının təminatı ilə bağlı yazılı zəmanət verməyə çağırır.

“Eurovision 2011” müsabiqəsinin təşkilatçıları Azərbaycan hakimiyyətini vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasına son qoyulmasına, həmçinin siyasi və digər azadlıqların təmin olunmasına çağırıb.

Təşkilatın məlumatında deyilir ki, Avropa Yayım Şurası (EBU) Azərbaycan hökumətini xarici qonaqlar üçün zəruri vizaların verilməsi, Avropa konvensiyalarına uyğun olaraq Bakıya müsabiqəyə gedəcək iştirakçı, nümayəndə heyəti, mətbuat təmsilçiləri və turistlərin söz, ifadə və mətbuat azadlığının təminatı ilə bağlı yazılı zəmanət verməyə çağırır. “Sözügedən fundamental hüquqlara əməl olunması 1956-cı ildən “Eurovision” müsabiqəsinin uğurunun əsasını təşkil edir və 2012-ci il də istisna deyil”, - deyə müsabiqənin məşvərət qrupunun sədri Frank-Diter Freylinq bildirib.

Müsabiqənin hansı zalda keçiriləcəyi indiyədək müəyyən deyil. Ən böyük stadion 14.000 yerlikdir və çox güman ki, müsabiqə üçün yeni zal tikiləcək. Bu yaxınlarda Almaniya federal hökumətin insan haqları müvəkkili Markus Löninq vətəndaşların hüquqlarının pozulmasına görə Azərbaycan hökumətini tənqid edib. Sənəddə deyilir ki, 2012-ci ilin müsabiqəsinə gəlincə, cənab Löninq deyib ki, Avropa hökumətləri və parlamentləri yaxın bir neçə ayda Bakıya ciddi təsir göstərməlidir.

Təşkilatın saytındakı 17 avqust tarixli materialda da Azərbaycanda siyasi rejim kəskin tənqid olunur. “Bu mənada hüquq müdafiəçisi Leyla Yunusun evinin sökülməsini “dövlət vandalizmi aktı” adlandırmaq olar. Markus Löninq onun siyasi məhbuslarla görüşünə icazə verməyən ölkə hakimiyyətinin onu aldatmasından şoka düşmüşdü”, - deyə məqalədə qeyd edilir.

Xatırladaq ki, Azərbaycanda “Eurovision 2012” mahnı müsabiqəsinin keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Hökumət üzvlərinin daxil olduğu komitəyə prezident İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.

Təşkilat Komitəsinin iyulda keçirilən iclasında sədr Mehriban Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırıb. O, “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğulayıb.

Təşkilat Komitəsi müsabiqənin keçirilməsi ilə bağlı plan işləyib dövlət başçısına təqdim etməlidir.

Qeyri-rəsmi məlumatlara görə, Bakı şəhərində Bayraq meydanının yaxınlığında müsabiqənin keçirilməsi üçün yeni salon inşa ediləcək.

XS
SM
MD
LG