Accessibility links

Aprelin 15-dən müsabiqəsinin iştirakçıları, vətəndaşlar və dövlətlərin rezidentləri üçün sadələşdirilmiş viza rejimi tətbiq edilib.

Aprelin 15-dən Azərbaycanda “Eurovision- 2012” mahnı müsabiqəsinin iştirakçıları, vətəndaşlar və dövlətlərin rezidentləri üçün sadələşdirilmiş viza rejimi tətbiq edilib. Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, vizaları Azərbaycanın beynəlxalq hava limanında konsul xidmətlərindən almaq olar.

“Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin rəsmi dəvət məktubu və Avropa Yayım İttifaqının müvafiq qaydalarına uyğun olaraq akkreditə əsasında vizalar aprelin 15-dən iyunun 1-dək veriləcək. Müsabiqəyə bileti olan şəxslər, jurnalistlər, Avropa Yayım İttifaqının müvafiq qaydalarına uyğun olaraq akkreditə olunmuş fan-klubların üzvlərinə vizalar mayın 10-dan iyunun 10-dək veriləcək.
sabiqəsi mayın 22-6-da Bakıda keçiriləcək.

Aprelin 16-da Eurovision-2012” müsabiqəsinin hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı da keçirilib.

APA Agentliyinin məlumatına görə, Avropa Yayım Birliyinin (EBU) rəsmi tərəfdaşı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, yeni inşa edilmiş “Baku Crystal Hall” zalı şounu hazırlayacaq “Brainpul” şirkətinə təqdim edilib. Məlumdur ki, arenanın inşasında hava şəraiti ilə əlaqədar müxtəlif çətinliklər var idi. Bu arena ilk dəfə məhz “Eurovision-2012” üçün istifadə olunacaq. Daha sonrakı prosesdə isə bu məkanın böyük festival və tədbirlərin keçirilməsi üçün istifadə olunması nəzərdə tutulur. Həmin arenada dünya üzrə bir sıra yeniliklər tətbiq olunacaq. Xüsusi lent-panellər quraşdırılacaq, “Green-room”un mərkəzdə yerləşdirilməsi də bu sahədə yenilik olacaq”.
Onun sözlərinə görə, Bakıya gələcək nümayəndə heyətləri, media mənsubları və fanlar hotellərlə təmin olunub.

Cənab Ələkbərov yeni uçuş xətlərinin fəaliyyətə başlayacağını da söyləyib. “Müsabiqə üçün şəhərimizə təşrif buyuracaq qonaqlar üçün rahat şəraitin yaradılması məqsədilə xüsusi “shuttle-buss”lardan istifadə edilməsi, mehmanxanalarda xüsusi xidmətlərin təşkili, restoran və digər iaşə obyektlərində ingilis dilində xidmətlərin təşkili planlaşdırılıb. Mehmanxanalarda süni qiymət artımına yol verilməməsinə diqqət yetirilib”.
“Eurovision-2012”nin işçi qrupunun rəhbəri Adil Kərimli qeyd edib ki, 42 nümayəndə heyətinin hər birinə iki növdə nəqliyyat vasitəsi ayrılıb. “Shutlle-buss” tipli avtobuslar 48 yer tutumuna malikdir.

“Eurovision-2012” şousunun aparıcılarının seçiminə gəlincə, A. Kərimli deyib ki, bu seçim yerli və beynəlxalq mütəxəssislər tərəfindən aparılıb: “Eldar və Leyla auditoriyaya çox tanış və sevilən simalardır. Nərgiz xanımın aparıcılıq təcrübəsi var və hüquqşünas ixtisası üzrə ali təhsil alıb. Eyni zamanda modelliklə məşğul olub. Aparıcı seçiminin bütün tamaşaçılar tərəfindən bəyəniləcəyinə əminik”.
”Eurovision-2012” mahnı müsabiqəsi mayın 22-dən 26-dək Bakıda keçiriləcək.

XS
SM
MD
LG