Accessibility links

Eurovision-2012 mahnı müsabiqəsinin biletləri satışdadır (qiymətlər)


Eurovision-2012 mahnı müsabiqəsinin biletləri satışdadır (qiymətlər)
Eurovision-2012 mahnı müsabiqəsinin biletləri satışdadır (qiymətlər)

“Eurovision” mahnı müsabiqəsinin biletləri fevralın 29-u saat 15.00-dan etibarən eurovision.tv saytında online sistemdə satışdadır.

May ayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin biletləri fevralın 29-u saat 15.00-dan etibarən eurovision.tv saytında online sistemdə satışdadır.

Fevralın 29-dan yalnız mayın 22-də keçiriləcək birinci yarımfinal və onun əsas məşqinin biletləri satışda olacaq. Bu barədə Eurovision.az saytı məlumat verib. İkinci yarımfinal və onun əsas məşqinin biletləri martın 5-dən, jüri finalının biletləri martın 12-dən, finalın biletləri isə martın 15-dən satışda olacaq. “Eurovision 2012” şousunun təşkil olunacağı arena- “Bakı Kristal Zalı”nda məhz bu konsert üçün 20 minədək tamaşaçı yeri nəzərdə tutulur. Avropa Yayımları Birliyinin qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayımları Birliyinin nümayəndələri üçün nəzərdə tutulur. Bundan sonra biletlərin digər hissəsi satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə yerli satışa çıxarılır. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünəcək. Alınan hər bilet həmin bilet sahibinin adına olacaq. Online satış sistemində bilet əldə edəcək şəxsin adı və soyadı, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsi daxil olunacaq. Bir şəxs İnternet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala biləcək. Ödəmələr MasterCard, Visa, American Express ödəmə kartları ilə aparılacaq. Lakin əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirilməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bu zaman bilet alan şəxsin barəsində saxta məlumatların daxil olunması bileti etibarsız edəcək. Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və qara bazar satışının qarşısını alacaq. Qeyd edək ki, satışa 6 şounun biletləri çıxarılacaq. Bunlar mayın 22-də keçiriləcək birinci yarımfinal və birinci yarımfinalın sonuncu əsas məşqi, mayın 24-də keçiriləcək ikinci yarımfinal və onun əsas məşqi, mayın 26-dakı final və jüri finalın biletləri olacaq. “Eurovision” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları, eləcə də finalın məşqlərinin konsertləri əsas konsertlə tamamilə eynidir. Bu konsert canlı efirdə yayımlanan əsas konsertdən bir gün əvvəl keçirilir. Biletlərin qiymətləri 3 kateqoriya üzrə müəyyən edilib. Məşq konsertləri əsas şou ilə tamamilə eyni olsa da, biletlərin qiyməti aşağı olacaq.
Mahnı müsabiqəsinin biletlərinin qiyməti yerindən asılı olaraq belədir:

Birinci yarımfinalın əsas məşqi, 21 may, saat 00.00, biletin qiyməti 30- 50 AZN (1 AZN-1 avro);

Birinci yarımfinal (canlı şou), 22 may, saat 00.00, 90-150 AZN;

İkinci yarımfinalın əsas məşqi, 23 may, saat 00.00, 30-50 AZN;

İkinci yarımfinal (canlı şou), 24 may, saat 00.00, 90 -150 AZN;

Jüri finalı, 25 may saat 00.00, 60-100 AZN;

Final (canlı şou), 26 may, saat 00.00, 160-240 AZN.

XS
SM
MD
LG