Accessibility links

Eurovision-2012 Mahnı Müsabiqəsinin finalı mayın 26-da olacaq


Eurovision-2012 Mahnı Müsabiqəsinin finalı mayın 26-da olacaq

Eurovision-2012 Mahnı Müsabiqəsinin finalı mayın 26-da olacaq

Mayın 22-də birinci yarımfinal, 24-də ikinci yarımfinal, mayın 26-da isə müsabiqənin final mərhələsi olacaq.

Eurovision-2012 Mahnı Müsabiqəsi mayın 22, 24 və 26-da Bakı şəhərində keçiriləcək. Mayın 22-də birinci yarımfinal, 24-də ikinci yarımfinal, mayın 26-da isə müsabiqənin final mərhələsi olacaq. Bu barədə Azərbaycanın İctimai Televiziya və Radio şirkəti məlumat yayıb.

Xəbərdə müsabiqəyə hazırlıq prosesi davam etdiyi bildirilir.

Mayın 19-da prezident İlham Əliyev “Eurovision-2012” Mahnı Müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam verib. Dövlət başçısının sərəncamı ilə həmçinin mahnı müsabiqəsinin keçirilməsi təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri prezidentin həyat yoldaşı Mehriban Əliyevadır.

XS
SM
MD
LG