Accessibility links

Azərbaycan «Eurovision» finalında [Video]


Səmra Rəhimli
Səmra Rəhimli

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında təmsilçilərin çıxışları başa çatıb.

Azərbaycanı "Miracle" mahnısıilə təmsil edən Səmra Rəhimli mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.

Yarımfinalda Rusiyadan Sergey Lazarev, eləcə də Azərbaycan və Ermənistan təmsilçiləri final mərhələsinə keçə biliblər.

Lazarev-in «You Are the Only One» mahnısı beynəlxalq komanda tərəfindən ərsəyə gəlib və yarışmanın favoriti hesab olunur. Komandaya rusiyalı müğənni Filipp Kirkorov və yunan bəstəkar Dimitris Kontopoulos daxildir.

Ermənistan təmsilçisi Iveta Mukuchyan-ın oxuduğu «Love Wave» mahnısının bəstəçisi özüdür.

Avstriya, Xorvatiya, Kipr, Çexiya, Macarıstan, Malta və Niderland da final mərhələsindədir.

Builki yarışmaya 42 ölkə qoşulub.

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç, Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG