Accessibility links

Konçita Vürstün qələbəsi Rusiyada narazılıqla qarşılanıb [Video]


Bu il Evrovision müsabiqəsinə 45 ölkədən 180 milyon insan tamaşa edib. Bu ilin Avstriyadan olan qalibinə kəskin reaksiyalar oldu.

Avstriyalı transvestit Konçita Vürst. Bu sağğalı, parıltılı paltar geymiş müğənni “Simuqğ quşu tək yüksəl” mahnısı ilə Kopenhagendə keçirilən müsabiqədə 25 ölkədən olan iştirakçıya qalib gələrək, Evrovision tacını qazandı. “Bu qələbə yalnız mənim qələbəm deyil, bu, gələcəkdə dikriminasiyaya uğramadan və tolerantlığa, hörmətə inanmaq istəyən insanların qələbəsidir.” - deyə, Konçita bildirir.

Bu sözlər Rusiyaya zərbə kimi qiymətləndirilir. Keçən il Rusiya hökuməti homoseksuallarla bağlı təbliğata qarşı qanun təqdim etmişdi.

Moskva Konçita Vürstün qələbəsinə şübhə liə yanaşdı. Aleksandr Sergeyev:
“Bu, dəhşətdir. Bu, Avropada homoseksuallığın çiçəklənməsi deməkdir. Mənim fikrimcə, bu, iyrənc bir tamaşa idi və Allah eləməsin ki bizdə də belə hadisə baş versin. Mən bunun Rusiyada baş verməsini təsəvvür belə edə bilmirəm.”

Rusiya müsabiqədə 7-ci yerdə idi. Lakin Rusiya ifaçıları kütlə tərəfindən fitə basıldı. Rusiyalı münsiflər heyəti səslərini keçmiş Sovet dövlətlərinə verdi. Belə görünür, həqiqətən də qələbəni düzgün mahnı qazanıb.

Stokholmda da Eurovision seyrçiləri hakimlərin Konçita Vürstü seçməsi qərarını yüksək qiymətləndirdi. Tamaşaçı Andrea: “Bununla onlar öz ölkələrinə böyük hörmət etmiş oldular. Siyasi baxımdan da onlar həm mahnını, həm də ifaçını hazırkı Avropanın başlıca fiqura çevirdilər.”

Evrovisin müsabiqəsi Rusiya ilə Avropa arasında Ukraynaya görə onsuz da gərgin olan münasibəti daha da gərginləşdirdi. Siyasi durum daha da ağırlaşdı. Krımın ilhaqı və Ukraynadakı böhrana görə Moskva Avropa və Qərb tərəfindən kəskin tənqid edildi.

Keçən bazar günü Rusiya prezidenti Vladimir Putini dəstəkləmiş dirijor Valeri Gergiyev Londonda keçirilən konsertdə səhnəyə çıxanda insan haqları fəalı Piter də daxil olmaqla, 30-a yaxın Putin əleyhdarı qısa etiraz aksiyasına qalxdı. “Biz homoseksuallara qarşı qanuna dəstək verən və Ukraynaya təcavüz edən prezident Putini dəstəklədiyi üçün Valeri Gergiyevə münasibətimizi bildirməyin vacib olduğunu düşündük.”

Rusiyanın Avropada mənfi münasibətlə qarşılaşmasına baxmayaraq, təəccüblü bir hadisə də baş verdi, Evrovision müsabiqəsində Rusiya və Ukrayna bir-birinə səs verdi.
XS
SM
MD
LG