Accessibility links

Azərbaycan Eurovision-2014 mahnı musabiqəsinin finalında [Video]


Azərbaycanlı müğənni Dilarə Kazımova Eurovision-2014 mahnı müsabiqəsinin yarımfinalında (Foto Eurovision.tv saytından götürülüb)

Azərbaycanlı müğənni Dilarə Kazımova Eurovision-2014 mahnı müsabiqəsinin yarımfinalında (Foto Eurovision.tv saytından götürülüb)

Birinci yarımfinal mayın 6-da keçirlib


Mayın 6-da Kopenhagendə Eurovision-2014 mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib və Azərbaycan finala vəsiqə qazanıb.

Azərbaycan təmsil edən gənc müğənni Dilarə Kazımova 8-ci çıxış edib.

Birinci yarımfinalda həmçinin Latviya, Estoniya, İsveç, İslandiya, Albaniya, Rusiya, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Niderland, Monteneqro, Macarıstan və Ermənistan çıxış edib.


Onlardan Monteneqro, Rusiya, Macarıstan, Ermənistan, Azərbaycan, San-Marino, Ukrayna, İsveç, Niderland və İslandiya finala çıxıb.

Final yerli vaxtla mayın 11-də (Danimarka vaxtı ilə mayın 10-da) gecə saatlarında olacaq.

Azərbaycan yarışda “Start a Fire” mahnısı ilə təmsil olunur. Mahnının müəllifləri və musiqisi - Stefan Örn, Yohan Kronlund və Allessandra Güntxardtındır.
Mahnıda deyilir: “Hətta ən zəif işıq belə alov yarada bilər...”
Gənc müğənni Dilarə mahnısını belə təsvir edir - güclü və eyni zamanda həssas qadının etirafı. “Bu mahnı sadəcə məhəbbətdən deyil, həmçinin mərhəmət, insanlıq, qarşılıqlı hörmət və bəzən çox qəddar olan dünyada tənha olmağın səbəbləri barədədir”, o qeyd edir.
XS
SM
MD
LG