Accessibility links

Azərbaycan Eurovision-da iştırakı tarixində ən zəif nəticə göstərərək 22-ci yerlə kifayətlənməli olub

Danimarkanın paytaxtı Kopenhaqendə keçirilən Eurovision mahnı müsabiqəsinin qalibi finalda 290 xal toplayan avstriyalı müğənni Konçita Vürst olub. Onun "Simurq quşu kimi qalx" mənasını verən "Rise like a Phoenix" mahnısı avropalıların sevimli mahnısına çevrilib. 2-ci yeri Hollandiya , 3-cü yeri isə İsveç tutub.

Azərbaycanın sadə tərtbatlı ifası bu dəfə yüksək yerlərdə qərarlaşa bilməyib. Dilarə Kazımovanın ifasında "Star the Fire" mahnısına çox az səs verildiyindən Azərbaycan Eurovision-da iştırakı tarixində ən zəif nəticə göstərərək 22-ci yerlə kifayətlənməli olub.

Azərbyacana cəmi 33 xal verilirb. Azərbaycan isə öz əsas səslərini Rusiyaya (12 xal), Ukraynaya (10) və Macarıstana (8) verib. Qeyd edək ki, bu dəfə Rusiya ifaçılarına mənfi münasibət özünü dəfələrlə göstərib. Yarımfinalda və finalda Anastasia and Maria Tolmacheva bacılarının çıxışını fitə basanlar və narazı uğultularla qarşılayanlar olub. Belə bir reaksiya Azərbaycanın Rusiyaya ən yükəsk bal verdiyi anda da baş verib.

Rusiya isə öz növbəsində Dilarə Kazımovaya 10 xal verib. Bundan başqa Azərbaycan San-Marinodan 12, Gürcüstandan 7, Belarusdan 3 və Ukraynadan 1 xal ala bilib.

Ənənəyə görə növbəti mahnı yarışmasına bu ilin qalibi Avstriya ev sahibliyi edəcək.
XS
SM
MD
LG