Accessibility links

Dünya Kubokunda ev sahibi növbəti mərhələyə çıxa bilmədi


Dünya Kubokunda ev sahibi növbəti mərhələyə çıxa bilmədi
Dünya Kubokunda ev sahibi növbəti mərhələyə çıxa bilmədi

Cənubi Afrika Blumfonteyndə Fransanı 2-1 hesabı ilə məğlub etməsinə baxmayaraq, Dünya Kubokunun açılış turunda növbəti mərhələyə çıxa bilməyən ilk kubok yarışına ev sahibliyi edən milli komanda oldu

Cənubi Afrika Blumfonteyndə Fransanı 2-1 hesabı ilə məğlub etməsinə baxmayaraq, Dünya Kubokunun açılış turunda növbəti mərhələyə çıxa bilməyən ilk kubok yarışına ev sahibliyi edən milli komanda oldu. Bundan başqa çərşənbə axşamı A qrupunun Ruştenburq matçında Uruqvay Meksikanı 1-0 hesabı ilə məğlub edərək, hər iki komandanı növbəti mərhələyə çıxardı. Luiz Surez 43-cü dəqiqədə Edison Kavaninin havadan ötürdüyü topu Meksika qapısına vurdu. Cənubi Afrikanın birinci hissədəki qollarını Bonqani Kumalo və Katleqo Mfela vurdu.Fransa oyunçusu Florent Maluda 70-ci dəyqədə fərqi azaltdi. Uruqvay yeddi xalla qrupa rəhbərlik edir. Meksika və Cənubi Afrika isə hərəyə dörd xal toplayıblar. Fransa bir xalla sonuncudur və kubok yarışından çıxır. Lakin Meksika Cənubi Afrikadan daha yaxşı qol fərqi olduğuna görə öndədir. B qrupunun sonuncu oyunlarında Nigeriya Cənubi Koreya ilə Durbanda, Argentina isə Yunanıstan komandası ilə Polokvanedə görüşürlər.

XS
SM
MD
LG