Accessibility links

Edvard Snouden Birləşmiş Ştatlara qaytmaq və Milli Təhlükəsizlik Agentliyinin elektron kommunikasiyaların ələ keçirilməsi proqramlarının detalları ilə bağlı məlumatları açıqladığına görə həbsxanaya göndərilməklə bağlı təklif aldığını bildirib.

Milli Təhlükəsizlik Agentliyinin keçmiş kontraktoru olan Edvard Snouden iki il bundan əvvəl gizli dinlənilmə proqramı ilə bağlı informasiyanı açıqlayandan sonra Moskvaya getmişdi. Birləşmiş Ştatlarda ona qarşı irəli sürülən ittihamlarla o, 30 il azadlıqdan məhrum edilə bilər.

Snouden BBC şirkətinə müsahibədə bildirib ki, o, həbsxanaya getməyə hazır olduğunu dəfələrlə bildirsə də, günahın boynuna alınması ilə bağlı təklif almayıb.

O deyib: "Onlar mənə işgəncə verməyəcəklərini deyiblər, fikrimcə, bu, bir başlanğıcdır. Amma bundan artıq bizə heç bir şey bildirilməyib."

BBC-nin "Panorama" proqramına müsahibədə Snouden deyib ki, o və onun vəkilləri ABŞ tərəfindən "onlara cavab zəng ediləcəyini gözləyirlər."

Bu ilin əvvəli ABŞ-ın Baş prokuroru Erik Holder Snoudenlə günahın boynuna almasına dair razılığın əldə edilməsinin mümkün olduğunu demişdi.

Snoudenin Milli Təhlükəsizlik Agentliyi və Britaniya kəşfiyyatı haqda açıqlamaları kəşfiyyatın şəxsi kommunikasiyaları monitorinq etmə gücü, habelə təhlükəsizlik və özəl həyat arasında balans məsələləri ətrafında beynəlxalq miqyasda debata səbəb olmuşdu.

Tənqidçilər Snoudenin açıqlamalarının Birləşmiş Ştatlar və onun müttəfiqlərinin terrorizmə qarşı mübarizəsinə mane ola biləcəyini bildirir.

XS
SM
MD
LG