Accessibility links

Evelin Farkas: Azərbaycan ABŞ-ın strateji tərəfdaşı olaraq qalır [Video]


Pentaqon rәsmisi deyib ki, ABŞ regionda münaqişələrin həll olunmamasından narahatdır

"ABŞ regionda münaqişələrin həll olunmamasından olduqca narahatdır."

Bunu Bakıda mətbuat konfransında ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkas deyib.

Birlәşmiş Ştatlar olaraq daim vәziyyәtә nәzarәt edirik vә münaqişәlәri beynәlxalq qanunlara uyğun hәll etmək üçün yollar axtarırıq.

Onun sözlərinə görə, təəssüf ki, bütün bu münaqişələrin ümumi xüsusiyyətləri var:

“Birlәşmiş Ştatlar olaraq daim vәziyyәtә nәzarәt edirik vә münaqişәlәri beynәlxalq qanunlara uyğun hәll etmək üçün yollar axtarırıq.”

Pentaqon rәsmisi Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

"Rusiya ATƏT-in Minsk qrupu prosesində iştirak edən ölkədir. Bu proses Azәrbaycan vә Ermәnistan hökumәtlәri ilә birlikdә hәyata keçirilir. Belә bir plan olsa, Minsk qrupunun digәr üzvlәri ilә birlikdә şәffaf şәkildә nәzәrdәn keçirilәcәk".

Evelin Farkas deyib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşı olaraq qalır.

İŞİD və Cənubi Qafqaza olan təhlükəsi ilə bağlı ABŞ-ın Cənubi Qafqaza nə kimi təhlükəsizlik baxımından kömək etməsi ilə bağlı Amerikanın Səsinin sualına cavabında xanım E. Farkas deyib:

"Bəyanatımda öncə qeyd elədiyim kimi, Biz Azərbaycanla ekstremizmlə mübarizə sahəsində sıx əməkdaşlıq edirik. Eyni zamanda Əfqanıstanda sabit və demokratik hökumətin yaradılması istiqamətində işimizi davam etdiririk. Bundan başqa biz Qafqazlarda ekstremizmlə mübarizə işində Gürcüstan hökuməti ilə əməkdaşlıq edirik. Azərbaycanla əməkdaşlığımızın necə və hansı şəkildə artırılması ilə bağlı danışıqlar aparırıq.Qeyd etmək istəyirəm ki, biz bu əməkdaşlıqla fəxr edirik.

XS
SM
MD
LG