Accessibility links

Əvəz Zeynallı Gülər Əhmədovanın şikayəti ilə bağlı ittihamların üzərindən götürülməsini tələb edir


Evez zeynalli
Evez zeynalli

Hakim müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. İttiham tərəfinin şahidləri isə məhkəməyə gəlməyib

Oktyabrın 17-də Bakı Ağır Cinayətlər üzrə Məhkəmədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə prosesdə bir sıra şahidlər çıxış etməli idi. Lakin əsasən ittiham tərəfinin şahidləri – keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov və Azəri-Türk Qadınlar İctimai Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı gəlməyib.

Hakim bunu həmin şəxslərin hazırda xaricdə olması ilə izah edib. Digər şahid Vüqar Məmmədov isə fevralın 2-də Bakı-Dubay aviareysi ilə Bakını tərk edib və Azərbaycana qayıtmayıb.

Lakin müttəhim Ə.Zeynallı məhkəməyə etiraz edərək bildirib ki, hakim məhkəmə prosesi zamanı şahidlərin ölkədən çıxmasına qadağa qoymalı idi.

Sonra Ə.Zeynallı bildirib ki, ifadə verməkdən imtina edir, çünki nə əsas şikayətçi Gülər Əhmədova, nə onun oğlu, nə də digər şahidlər məhkəməyə gəlmir.

Redaktor CM-in 311.3.3 (iri məbləğdə rüşvətin alınması) və 311.3.4 (hədə tətbiq etməklə rüşvət alınması) ilə ittihamların onun üzərindən götürülməsini və həbsdən azad olunmasını tələb edib.

O, bunu onunla əsaslandırıb ki, G.Əhmədova ilə Beynəlxalq Universitetin keçmiş redaktoru Elşad Abdullayevin “deputat mandatı uğrunda alver”ə dair videosu yayımlandıqdan sonra keçmiş deputat özü rüşvət faktı üzrə əsas fiqura çevrilib.

Lakin dövlət ittihamçısı Ramazan Hadıyev Ə.Zeynallının bütün vəsatətlərinin əleyhinə çıxıb.

Vəsatəti təmin etməyən hakim növbəti məhkəmə iclasını oktyabrın 18-nə təyin edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG