Accessibility links

Əvəz Zeynallı Ramiz Mehdiyev və Gülər Əhmədovanın məhkəməyə gətirilməsini tələb edib


Əvəz Zeynallı
Əvəz Zeynallı

Əvəz Zeynallı keçmiş deputat Gülər Əhmədovanın pul tələb etmək ittihamı ilə həbs edilib. Sonradan Gülər Əhmədovanın özü rüşvət yolu ilə deputat yeri alınması barədə videonun “qəhrəmanı”na çevrilib. Hazırda dələduzluqda ittiham olunur.

Yanvarın 9-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Üç saatlıq iclas sayca 35-ci olub, Zeynallının sözlərinə görə, məhkəmə yuxarıdan göstəriş gözlədiyi üçün prosesi qəsdən uzadır.

Redaktor məhkəməni və dövlət ittihamçısını bütün vəsatətlərini rədd etməkdə və ya təmin etməməkdə ittiham edir. Bu vəsatətlərin ən əsası əsas ittihamçı – keçmiş deputat Gülər Əhmədovanı məhkəməyə gətirməkdir.

Hakim Allahverdiyevanın Əhmədovanın ev dustaqlığında olması haqqında replikasına cavabda redaktor onun polisin yardımı ilə məhkəmədə iştirakını tələb edib.

Əvəz Zeynallı deputat Gülər Əhmədovanın pul tələb etmək ittihamı ilə həbs edilib. Onun şikayəti ilə 28 oktyabr 2011-ci ildə Baş Prokurorluq nəzdində Korrupsiyaya qarşı Mübarizə İdarəsi 311.3.3-cü (böyük məbləğdə rüşvət alma) və 311.3.4-cü (qorxutma yolu ilə rüşvət alma) maddə ilə cinayət işi açıb.

Bir il sonra Əhmədova özü deputat mandatlarının satılması ilə bağlı fırıldaqçılıqda ifşa edilib, sonradan əlbir olduğu Sevinc Babayeva şübhələ şəraitdə öülb. Gülər Əhmədovanın oğlu keçmiş deputatı anasını zəhərləməkdə ittiham edir.

“Niyə fırıldaqçılıqda və adam öldürməkdə ittiham olunan, uşaq satışı ilə məşğul olan şəxs evdə oturur, məh isə heç bir dəlil olmadan il yarımdır həbsdəyəm?”, deyə Zeynallı bildirib.

O, Əhmədovanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi şaxələnmiş cinayətkar şəbəkənin üzvü adlandırıb.

Zeynallı Mehdiyevi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu, KİV-də dövlət dəstəyi fondunun sədri Vüqar Səfərlini məhkəməyə dəvət etməyi tələb edib.
O, həmçinin yalançı şahidliyə görə onun cinayət işini saxtalaşdıran Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Qalib Qasımova qarşı cinayət işi açılmasını tələb edib.

Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG