Accessibility links

Mehman Əliyev: Əvəz Zeynallıya qarşı ittiham “oyuncaq evcik” kimi dağılır


“Xural” qəzetinin redaktoru Əvəz Zeynallının məhkəməsi ilə bağlı mətbuat konfransı

“Xural” qəzetinin redaktoru Əvəz Zeynallının məhkəməsi ilə bağlı mətbuat konfransı

“Xural” qəzetinin baş redaktorunun məhkəməsi 8 aydır davam edir

“Xural” qəzetinin redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi 8 aydır ki davam edir və 35 iclas keçirilməsinə baxmayaraq, təhqiqatın sonu görünmür. Buna hakimiyyətin özünü itirməsi səbəb olur, çünki ittiham “oyuncaq evcik” kimi dağılır. Bu barədə RATİ-nin mətbuat mərkəzində bu gün keçirilən mətbuat konfransında Turan agentliyinin direktoru Mehman Əliyev bildirib.

Zeynallıya qarşı əsas şahid Gülər Əhmədova artıq özü fırıldaqçılıqla bağlı cinayət işində ittiham olunur.

Həbsin sifarişçisi – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə deputat mandatlarının satışı haqqında video qalmaqalın fiqurlarından biridir.

Hakimiyyət hökmün çıxarılmasını uzadır, belə ki, Zeynallının təqsirinin heç bir sübutu yoxdur və ittiham hökmü qanunsuz və siyasi əsaslı olacaq.

Media Hüququı İnstitutunun (MHİ) direktoru, vəkil Rəşid Hacılının fikrincə, Penitensiar Xidmətin təcrübəli əməkdaşları belə prosesin bu qədər uzanmasına təəccüblənir, belə ki, mütəşəkkil cinayətkar qrupların işi üzrə belə təhqiqatlar bundan çox-çox tez başa çatır.

Onun fikrincə, daha bir səbəb beynəlxalq təşkilatların böyük diqqətidir. Hakimiyyət Zeynallının siyasi məhbus kimi qəbul edilməsinin qarşısını almağa çalışır, baxmayaraq ki, AŞPA-nın payız sessiyasında təsdiq edilmiş meyarlara əsasən, o, onsuz da siyasi məhbusdur.

Prosesdə daha bir kobud pozuntu baş ittiham şahidinin məhkəməyə gəlməkdən yayınmasıdır. Məhkəmə xəstəlik bəhanəsi ilə onun iştirakını təmin etmək iqtidarında deyil, baxmayaraq ki, bütün bu müddət ərzində o, müsahibələr verir, universitetdə dərs deməyə davam edir və s.

Bundan başqa, Zeynalov 2006-2007-ci illərdə başqa epizodlarda “rüşvət almaqda” ittiham olunur, lakin heç bir dəlil təqdim edilməyib.

Müdafiə tərəfi hesab edir ki, Əhmədovanın Zeynallının onun şikayəti əsasında həbs edilməməsi və ona qarşı iddiası olmaması haqqında bəyanatları yeni vəziyyət yaradır və onun əvvəlki ifadələrinə ziddir. Buna görə məhkəmə onu çağırmaq və həqiqəti ortaya çıxarmaq məcburiyyətindədir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev KİV-i Zeynallının daha fəal dəstəkləməyə çağırıb. RATİ direktoru Emin Hüseynov təklif edib ki, Zeynallı həbsxanadan məqalələr yazsın, onlar KİV-də dərc edilsin və bu, onun işinə diqqət cəlb etsin.
XS
SM
MD
LG