Accessibility links

Vəkil jurnalistin ailə üzvlərinin də görüşə buraxılmadığnı bildirir

10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının vəkili Elçin Sadıqovu onun yanına buraxmırlar.

Sadıqov Amerikanın Səsinə bildirib ki, order və vəkil vəsiqəsi təqdim edilməsinə baxmayaraq, o, müvəkkilinin yanına buraxılmır.

Vəkilin sözlərinə görə, Zeynallının 10 gün əvvəl 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsinə baxmayaraq, o, nə vəkilləri, nə də doğmaları ilə görüşdürülmür, ona qəzetlər verilmir.

Zeynallı 2011-ci ilin oktyabrında hazırda özü də fırıldaqçılıq ittihamı ilə həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib
XS
SM
MD
LG