Accessibility links

Həbsdə olan jurnalistin cərrahi əməliyyata ehtiyacı var


Əvəz Zeynallı (Foto Ülvi Həsənlinindir)

Əvəz Zeynallı (Foto Ülvi Həsənlinindir)

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallının ərinin səhhətinin pisləşdiyi haqqında bəyanatından sonra Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məsələni nəzarətə götürüb.

“10 saylı cəzaçəkmə müəssisəsinin tibbi hissəsində Ə.Zeynallı müayinə olunduqdan sonra onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi məqsədəuyğun hesab edilib, lakin o, bundan imtina edib”, redaktorun həyat yoldaşı bildirib.

Ə.Zeynallını Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsini otolarinqoloqu Rafiq Kazımov da müayinə edib. Dərman qəbul etməsinin zəruri olduğunu qeyd edən həkim müvafiq rəy hazırlayacağını bildirib.

Ümumi nəticə belədir ki, Ə.Zeynallının burun çəpərindən əməliyyata ehtiyacı var.

Həyat yoldaşı hesab edir ki, belə bir əməliyyat yalnız xarici ölkələrdən birində keçirilə bilər, lakin Zeynallı həbsdə olduğu üçün bu, mümkün deyil.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də keçmiş deputat Gülər Əhmədovanın rüşvət tələb etmək haqqında ərizəsi əsasında həbs edilib və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Amnesty İnternational Zeynallını “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG