Accessibility links

Evin həbsxanasında saxlanan musiqiçi 43 gündür aclıq edir


İsmayıl Bərzigər

İsmayıl Bərzigər

İsmayıl Bərzigəri dekabrın 7-də həbsxananın 240-cı bəndinə salıblar

İranın paytaxtı Tehran şəhərinin Evin həbsxanasında saxlanılan musiqiçi İsmayıl Bərzigəri 43 gündür aclıq aksiyası keçirir.

APA agentliyinin məlumatına görə, həbsxana nəzarətçiləri son on gündə aclıq aksiyasını dayandırması üçün onu ikinci dəfə təkadamlıq kameraya köçürüblər. Belə ki, musiqiçini dekabrın 7-də Evin həbsxanasının 240-cı bəndinə salıblar. Siyasi məhbusun fiziki və ruhi vəziyyətinin yaxşı olmadığı bildirilir.

Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş müğənni, muğam ifaçısı İ. Bərzigəri 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə həbs olunub. Tehran məhkəməsi onu casusluqda günahlandıraraq 7 illik həbsə məhkum edib.
XS
SM
MD
LG