Accessibility links

Iranın Evin zindanında 19 siyasi məhbus aclığa başlayıb


Tehran Evin Detention House
Tehran Evin Detention House

Onların arasında azərbaycanlı siyasi məhbuslar - doktor Əsədullah Əsədi, musiqiçi İsmayıl Bərzigəri və jurnalist Səid Mətinpur da var

İranda daha 19 məhbus aclıq aksiyasına başlayıb.

APA agentliyinin məlumat;na görə, hazırda Kərəc şəhərinin Rəcayişəhr zindanında saxlanılan məhbuslar Tehranın Evin həbsxanasının 350-ci bəndindəki hadisələrə etiraz olaraq və məhkum yoldaşlarını dəstəkləmək məqsədilə bu addımı atıblar.

Bunlar siyasi və təhlükəsizlik məsələlərinə görə həbs cəzası almış məhbuslardır. Onlardan 12 nəfərinin adı da açıqlanıb. Bundan əvvəl həmin həbsxanada 6 siyasi məhbus da aprelin 23-dən aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, aprelin 17-də Tehranın Evin həbsxanasında toqquşma baş verib. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) və “Sepah”ın kəşfiyyat orqanının əməkdaşlarının əsasən siyasi məhbusların saxlanıldığı Tehranın Evin həbsxanasının 350-ci bəndində axtarış aparmaq istəsələr də, ancaq məhkumlar buna mane olmağa çalışıblar. Nəticədə məmurlar məhbuslara hücum edərək onları döyüblər və müxtəlif bədən xəsarətləri yetiriblər, daha sonra isə onları əlləri qandallı və yaralı vəziyyətdə sürüyərək Tehranın Evin həbsxanasının 240-cı bölümünün təkadamlıq kameralarına salıblar.

Onların arasında üç azərbaycanlı siyasi məhbus - doktor Əsədullah Əsədi, musiqiçi İsmayıl Bərzigəri və jurnalist Səid Mətinpur da var və hazırda onların hər üçü də aclıq aksiyası keçirir. Eyni zamanda Tehranın Evin həbsxanasının 350-ci bəndində siyasi məhbuslara qarşı baş vermiş zorakılığa etiraz olaraq 66 nəfər məhkum da aclıq aksiyasına başlayıb. Onlar təzyiq və zorakılığın dayandırılmasını, həbsxana rəhbərliyinin onlardan üzr istəməsini, döyüldükdən sonra zindanın 240-cı korpusuna və təkadamlıq kameralara köçürülən məhkumların geri qaytarılmasını tələb edirlər.
XS
SM
MD
LG