Accessibility links

ABŞ Konqresində EX-IM bankla bağlı çəkişmələr [Video]


ABŞ Konqresində EX-IM bankla bağlı çəkişmələr
please wait

No media source currently available

0:00 0:03:11 0:00

ABŞ Konqresində EX-IM bankla bağlı çəkişmələr

Mühafizəkar Respublikaçılar Ex-Im-in xeyirdən çox zərərinin olduğunu deyirlər

ABŞ ixraclarını və iş yerlərini artırmağa yönəlmiş mübahisəli dövlət agentliyi cari ayın sonu bağlana bilər. Export-İmport bankı xarici şirkətlərə maliyyə, sığorta və ya texniki yardım göstərərək, ABŞ ixraclarını almağa kömək edir. Lakin mühafizəkar Respublikaçılar və böyük aviasiya şirkəti Ex-Im-in xeyirdən çox zərərinin olduğunu deyirlər. Bank özü digər böyük bizneslərdən, eləcə də Filadelfiyadan Çinə dondurma ixrac edən şirkət kimi kiçik şirkətlərdən dəstək alır.

EX-IM bizə biznesimizi riska atmadan xarici müştərilərə verdiyimiz krediti uzatmaq imkanı verir

Bassets Dondurma şirin məhsulunu 1861-ci ildən bəri satır. Bu, Amerikanın ən köhnə dondurma şirkətidir.

Filadelfiyada yerləşən bu məşhur mağazada 30-dan çox insan çalışır.

Prezident Maykl Strenc şirkəti idarə edən Basset ailəsinin beşinci nəslindəndir. O ümid edir ki, gələcək nəsil də bu şirkəti idarə etməyə davam edəcək.

Şirkəti inkişaf etdirmək üçün o, məhsullarının beşdə birini Export-Import bankı vasitəsilə Çinə ixrac edir.

EX-IM xarici müştərinin önəniş edə bilməməsinə qarşı Basset-i sığortalayır.

Strenc deyir ki, EX-Im-in fəaliyyətinin dayandırılması onun şirkətinə ziyan verəcək və nəticədə o, bəzi işçiləri işdən çıxarmalı olacaq.

“EX-IM-in xartiyasinin yenilənməməsi məni dəhşətə gətirir. EX-IM bizə biznesimizi riska atmadan xarici müştərilərə verdiyimiz krediti uzatmaq imkanı verir."

Bu biznes illərdir nəsildən nəslə ötürülən dadlı dondurma reseptindən asılıdır.

Dondurmanın tərkib hissələrini qarışdırıb soyutmaq prosesi Pensilvaniyanın kəndində yerləşən süd zavodunda həyata keçirilir. Orada çiyələk və digər dadlar Çinə göndəriləcək 9 litrlik ləyənlərdə saxlanılır. Daha sonra onlar uzun yol gedəcək məhsulları təravətli saxlayacaq soyuq donduruculara göndərir.

Təyyarə istehsalçısı Boeing-da EX-IM şirkətindən faydalanır. EX-IM ABŞ istehsalı olan təyyarələri xarici avia şirkətlərə satır.

Bu isə ABŞ avia şirkətlərini qəzəbləndirir, çünki onlar EX-IM-in xarici şirkətlərə aldıqları hər Boeing təyyarəsində 20 milyon dollar qənaət etməyə kömək edərək ABŞ-dakı iş yerlərinə mənfi təsir etdiyini deyirlər.

Mən burada iş yerləri ilə bağlı danışacam, çünki EX-IM onların iş yerlərini əllərindən alır

Delta Hava Yollları deyir ki, EX-IM-in yardımı ilə xarici hava yolları şirkətlərinin biletləri ucuzlaşır. Bu isə ABŞ avialiniyaları üçün daha az sərnişin deməkdir. Daha az sərnişin isə daha az işçi deməkdir.

Deltanın baş icraçı direktoru Riçard Anderson konqres dinləməsinə forma geyinmiş pilot və stüardessalar aparıb.

“Mən burada iş yerləri ilə bağlı danışacam, çünki EX-IM onların iş yerlərini əllərindən alır.”

Anderson Konqresin üzvlərinə keçmiş isahatlara baxamayaraq bankın böyük dəyişikliyə ehtiyacı olduğunu deyib.

Konqresdə siyasi mübahisələr davam edir. Eyni zamanda isə 89 yaşlı Betti Ceyn Stokl uşaqlığından bəri etdiyi kimi moruqlu şərbətlə püstədən ləzzət almağa davam edir. O təəccüblənmir ki, digər ölkələrdəki insanların da bu dondurma xoşlarına gəlir.

Amma iyunun sonunadək Konqres EX-IM rolu ilə bağlı qərar qəbul etməsə, dondurmaların ixracı dayandırıla bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG