Accessibility links

"Ex Machina" filmi [Video]


İnsan şüuru və dərk etmə qabiliyyəti maşında ola bilərmi? Əgər olarsa, insanın buna münasibəti necə olar? Rejissor Aleks Qarlend “Ex Machina” filmində kompyuter proqramçısının icad etdiyi qadın hissləri olan robotla iki kişi arasındakı münasibətlərdən söz açır.

Alisia Vikanderin oynadığı Ava adlı süni qadını internet sahəsində unikal biliyə sahib olan, şirkət direktoru Natan yaradıb. Oskar İsaakın ifa etdiyi Natan Avanın əqli keyfiyyətlərini yoxlamaq üçün öz şirkətinin işçisi Kalebi dəvət edir.

Natanın xarizmasına, Avanın isə ağlına heyran qalan Domhal Qlisonun oynadığı Kaleb nəticədə bir sınaq mövzusu olduğunu dərk eə bilmir. Yalnız Ava onu dəyərləndirir və ona təsir edə bilir.

Rejissor Aleks Qarlend ilk dəfə insan şüuru ilə süni şüur arasındakı fərqi tapmağa çalışır və androidlə insan aeasındakı gender münasibətlərinə toxunur. “Gender haradadır? Qadın və kişi şüuru və ya xarici görünüşü var, bu gender deməkdirmi?"

Qarlendin bu psixoloji trillerində üç xarizmatik obraz birlikdə bir oyunun əsirinə çevrilir. Bu oyunun mərkəzində insan xüsusiyyətlərinə malik olan Ava durur. Dərk edən, aldadan və idarə edə bilən Avanın məqsədi bu şüşə otaqdan azad olmaqdır. Bu xüsusiyyətlər onu bundan əvvəl süni ağıllarla bağlı ekranlara çıxan filmlərdəki qəhrəmanlardan fərqləndirir.

Bu tipli xarakterlərdən biri 1927-ci ildə çəkilən “Metropolis” filmindəki Mariya idi. O, əzazil və dağıdıcı bir obraz kimi yaradılmışdı ki, günahsız fəhlələri məhv etməli idi. O dövrdə bu film cəmiyyətdə maşınlara nifrət yaratmışdı.

Rejissor Stenli Kubrikin 1968-ci ildə çəkdiyi “2001: Fəza Odissey” filmində Hal 9000 adlı kompüter nəzarətdən çıxaraq 4 astronavtı öldürür. Rejissor Stiven Spilberq 2001-ci ildə ekranlara çıxan “A.İ.” filmində süni əqlin emosional tərəflərini göstərib. Bu filmdə ilk dəfə olaraq, insan hissləri proqramlaşdırılan android oğlanın anasına münasibətindən danışılır. O, insan ananın hisslərinə cavab vermir, çünki o, insan deyil.

Lakin rejissor Qarlendin “EX Machina” filmində hadisələr daha irəliyə gedir. Çünki Ava insanların şəxsi Smart-Fonları və kompyuterinin məhsuludur. Sözün qısası, o, bizim ağlımızdır. “Bizim hamımızın telefonlarımız, kompyuterlərimiz, tabletlərimiz var, əslində isə biz bunların necə işlədiyini bilmirik, bu bizim üçün sirdir. Lakin belə gprünür ki, onalr bizim necə işlədiyimizi daha yaxşı bilir. Biz onlara geniş informasiya veririk və bu yol yalnız bir istiqamətdə işləyir.”

Rejissor deyir ki, məlumatların toplanması, axtarışlar və şəxsi həyatın olmaması ilə Ava bizim hazırkı sosial həyatımızı əks etdirir.

XS
SM
MD
LG