Accessibility links

Son 10 gün ərzində İran Azərbaycanında edam edilənlərin sayı 16 nəfərə çatıb

Narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş daha 6 məhbusun dünən iyunun 8-də Urmiyə Mərkəzi zindanında asılaraq edam edildiyi bildirilir.

Asılanların adını nəşr edən HRA agentliyinin xəbərinə əsasən, Behruz Dərvişi, Nüsrət Abbasi, Məhəmməd Bəhaəddini, Xurşid Abbasnejad, Behnam Xəlilpur və Rəsul Məhəmmədi iyunun 7-də təkadamlıq kameralara köçürülmüşdülər.

Gooya News veb səhifəsi eyni gündə 11-i Bəndər Abbas və 11-i Kərəc zindanında olmaqla İranda 22 digər məhkumun asıldığını yazıb. Bəndər Abbas şəhərində edam edilənlərin üçünün qadın olduğu bildirilir.

Bu edamlarla bərabər son 10 gün ərzində İran Azərbaycanında edam edilənlərin sayı azı 16 nəfərə çatıb.

XS
SM
MD
LG