Accessibility links

Əxlaq polisinin rəisi deyib ki, hüquq mühafizə qüvvələri “WeCahat”, “İnstagram”, “Facebook” və bu kimi şəbəkələrdə gedən fəaliyyəti daima nəzarətdə saxlayır

İranın əxlaq təhlükəsizliyi polisinin rəisi Məsud Zahidiyan dekabrın 9-da jurnalistlərə açıqlamasında “WeCahat” və “İnstagram” sosial şəbəkələrinə nəzarətin gücləndirilməsindən danışıb.

“Media forum” saytının məlumatına görə, Məsud Zahidiyan deyib: “Hüquq mühafizə qüvvələri “WeCahat”, “İnstagram”, “Facebook” və bu kimi şəbəkələrdə gedən fəaliyyəti daima nəzarətdə saxlayır. Polisin virtual aləmə nəzarət etməsi isə çox təbiidir. Çünki bu nəzarət insanların sağlamlığının qorunub saxlanması, vətəndaşların həmin şəbəkələrdəki əxlaqsızlıq tələsinə düşməsinin qarşısının alınması üçündür”.
XS
SM
MD
LG