Accessibility links

Eynulla Fətullayevə həbsdə olarkən layiq görüldüyü mükafat təqdim olunur


Eynulla Fətullayevə həbsdə olarkən layiq görüldüyü mükafat təqdim olunur
Eynulla Fətullayevə həbsdə olarkən layiq görüldüyü mükafat təqdim olunur

Jurnalistləri Müdafiə Komitəsi azərbaycanlı jurnalistə Beynəlxalq Mətbuat Azadlığı mükafatını təqdim edir

Bu gün noyabrın 22-də axşam saatlarında Jurnalistləri Müdafiə Komitəsinin Nyu-Yorkdakı baş qərargahında azərbaycanlı jurnalist Eynulla Fətullayevə Mətbuat Azadlığı mükafatı təqdim olunacaq. Komitənin Avropa və Mərkəzi Asiya Proqramlarının tədqiqatçısı Müzəffər Süleymanov Amerikanın səsinə bildirib ki, Eynulla Fətullayevə 2009-cu ildə həbsdə olarkən layiq görüldüyü Mətbuat Azadlığı mükafatı təqdim olunacaq.

Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə isə, bu gün 2011-ci ilin Mətbuat Azadlığı mükafatlarının təqdimetmə mərasimini keçiriləcək. Bu ilin laureatları Bəhreyndən Mənsur Əl-Cərmi, Belarusdan Natalya Radina, Meksikadan Havier Valdez Kardenas və Pakistandan Umar Çimadır.

Eynulla Fətullayevə də mükafat eyni mərasimdə təqdim olunacaq.

XS
SM
MD
LG