Accessibility links

Eynulla Fətullayev həbsdən azad edilməsini tələb edir


Eynulla Fətullayev həbsdən azad edilməsini tələb edir

Eynulla Fətullayev həbsdən azad edilməsini tələb edir

Avropadakı azərbaycanlı mühacirlər jurnalistin aclıq aksiyasını dəstəkləyir

“Realnıy Azerbaydjan” qəzetinin baş redaktoru Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin onun həbsdən azad edilməsi barədə qərarının icra edilməsi tələbi həbsxanada keçirdiyi aclıq aksiyasını 9-cu gündür davam edir.

Jurnalistlər isə Müsavat Partiyasının qərargahında Eynulla Fətullayevə dəstək məqsədi ilə növbəlilik əsasda aclıq edir. Hazırda “Azadlıq” qəzetinin əməkdaşı Qabil Zimistanğolu, və “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı aclıq edir. Bu gün aclıq aksiyasına Qarabağ əlili Amil Rzayev də qoşulub. Eyni zamanda “Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlı və gənc fəal Emin Axundov səhhətlərində problem yarandığından aclığı dayandırıb.
Jurnalistin dərhal həbsdən azad edilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin icrası tələbi ilə müxtəlif təşkilatlar, ziyalılar, ictimai və siyasi xadimlər bəyanatlarla çıxış etməkdədir.

Avropanın müxtəlif ölkələrində yaşayan 56 azərbaycanlı siyasi mühacir cənab Fətullayevlə həmrəylik nümayiş etdirib. Mühacirlər eyni zamanda jurnalistləri aclıq aksiyasını dayandırmağa çağırıb.
Osloda mühacirətdə olan polkovnik İsa Sadıqov cənab Fətullayevin sağlamlığının təhlükə qarşısında olduğunu nəzərə alaraq, tanınmış ictimai xadimləri aclıq aksiyasına başlamağa çağırıb.
O həmçinin Avropa Şurasının ofisi qarşısında Avropa Məhkəməsinin qərarının yerinə yetirilməsi tələbi ilə azərbaycanlı siyasi mühacirləri aclıq aksiyasına başlamağa çağırıb.

XS
SM
MD
LG