Accessibility links

Eynulla Fətullayev İnsan Haqları Uğrunda ictimai hərəkat yaradır


Eynulla Fətullayev İnsan Haqları Uğrunda ictimai hərəkat yaradır
Eynulla Fətullayev İnsan Haqları Uğrunda ictimai hərəkat yaradır

Eynulla Fətullayev ictimai hərəkatla bağlı 5 böyük donor təşkilata müraciət edib və donorlar müsbət cavab verib. O həbsxanlara ictimai nəzarətin icrasına Naxçıvandan başlamağı nəzərdə tutur.

Keçmiş siyasi məhbus Eynulla Fətullayev “İnsan Haqları Uğrunda” İctimai Hərəkat yaradır. Bu barədə Turan agentliyi məlumat yayıb.

Cənab Fətullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, hərəkatın yaranmasına səbəb ölkədə insan haqlarının ifrat dərəcədə pozulmasıdır. İnsan haqlarının kəskin şəkildə pozulması ilə bağlı çoxsaylı vətəndaşların müraciət edir. “Avtoritar rejimdə insan haqları uğrunda mübarizəni ən önəmli məsələdir. Haqları pozulan bütün insanları hərəkatın sıralarına qoşularaq səsləyirəm”. Keçmiş siyasi məhbus ölkədəki həbsxanalar üzərində ciddi vətəndaş nəzarəti sistemi yaradılmasını xüsusi qeyd edib. Bu məsələnin icrasına “xüsusi bölgə” sayılan Naxçıvandan başlamaq nəzərdə tutulur.

O hərəkatla bağlı 5 böyük donor təşkilata müraciət etdiyini və donorların müraciəti müsbət qarşıladığını bildirib.
Cənab Fətullayev həmçinin bildirib ki, Böyük Britaniyada fəaliyyət göstərən “PEN-klub”dan bu yaxınlarda Londona səfərə dəvət alıb. “Səfər zamanı Azərbaycanda insan haqları, siyasi məhbuslar və digər problemləri müzakirə edəcəm”.

Xatırladaq ki, “PEN-klub”un bu günlərdə nəşrdən çıxan “PEN-klub yazarları 50 ildə” kitabında dünyanın tanınmış siyasi dissidentləri sırasında Azərbaycan dissidenti kimi onun da adı var.

XS
SM
MD
LG