Accessibility links

Eynulla Fətullayevin ailəsi hədələnib


Eynulla Fətullayevin ailəsi hədələnib

Eynulla Fətullayevin ailəsi hədələnib

Məhbus jurnalist Eynulla Fətullayev özünün və ailəsinin təhlükəsizliyinin təmin olunması məqsədilə Daxili İşlər və Ədliyyə nazirliklərinə müraciət edəcək.

Məhbus jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev Amerikanın Səsi radiosuna müsahibəsində deyib ki, bazar günü aprelin 10-da səhər saatlarında onun ev telefonuna özünü Ədliyyə nazirliyinin nümayəndəsi kimi təqdim edən qadın zəng edib . “Telefonun dəıstəyini Eynullanın anası qaldırdı. Rus dilində danışan qadın oğlum Eynulla Fətullayevin öldürüldüyünü dedi. Bundan sonra sabah və ya birisi gün gəlib bizi də öldürəcəklərini bildirdi. Bu xəbərdən Eynullanın anası şoka düşdü. Zəngdən sonra mən Daxili İşlər nazirliyinin 102 xidmətinə zəng edib, bu barədə məlumat verdim”, - deyə o qeyd edib.

Emin Fətullayev bu il aprelin 20-də Eynullanın həbsinin 4 ili v ə Avropa İnsan Hüquqları məhkəməsinin Eynulla Fətullayevin dərhal həbsdən azad edilməsi barədə qərarının bir ilinin tamam olacağını deyib. “Məhkəmənin qərarını Azərbaycan hökuməti yerinə yetirmir. Nə oğlum azadlığa buraxılıb, nə də məhkəmənin qərarına uyğun olaraq kəsilmiş 29 minə yaxın avronu da ala bilməmişik. Hökumət həmin vəsaiti Eynullanın dondurulmuş hesabına köçürüb. Halbuki məhkəmənin qərarına görə, kompensasiya dondurulmuş hesaba ödənilə bilməz, borc müqabilində silinə bilməz”.

O oğlunun prezident İlham Əliyevə məktub ünvanladığını da xatırladıb. “Fikrimcə, Eynulla azadlığa buraxılarsa, o mühacirətdə də yaşaya bilər”, - deyə ata qeyd edib

Məhbus jurnalist Eynulla Fətullayev özünün və ailəsinin təhlükəsizliyinin təmin olunması məqsədilə Daxili İşlər və Ədliyyə nazirliklərinə müraciət edəcək. Aprelin 11-də vəkillər Rəşid Hacılı və Anar Qasımov 1 saylı Cəzaçəkmə Müəssisəsində Eynulla Fətullayevlə görüşüblər və ailəsinə edilən sonuncu ölüm təhdidi barədə onu məlumatlandırıblar.

Vəkil Anar Qasımov “Media forum”a açıqlamasında deyib ki, Eynulla Fətullayev bu hadisə barədə məlumatlandırılanda çox narahat olub: “Eynulla daha çox ailəsindən narahatdır. Onların belə bir gərginlikdə yaşamasına dözə bilmir. Eynulla bu halla bağlı həm Ədliyyə Nazirliyinə, həm də Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edəcəyini dedi. Daxili İşlər Nazirliyinə yazacağı ərizədə ailəsinin, Ədliyyə Nazirliyinə yazacağı ərizədə isə həm ailəsinin, həm də özünün təhlükəsizliyinin təmin olunmasını xahiş edəcəyini söylədi. Eynulla dedi ki, ərizələri bu gün yazıb yollayacaq”.

Eyni zamanda, Emin Fətullayev Amerikanın Səsi radiosuna bildirib ki, bir neçə gün öncə 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi və Penitensiar Xidmətinin rəis ona oğlunun həyatına hər hansı təhlükənin mövcud olmadığını bildirib.

XS
SM
MD
LG