Accessibility links

Eynulla Fətullayevin apellasiya məhkəməsi təxirə salınıb

  • Turxan Kərimov

Eynulla Fətullayevin apellasiya məhkəməsi təxirə salınıb

Eynulla Fətullayevin apellasiya məhkəməsi təxirə salınıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə jurnalist Eynulla Fətullayevin apellyasiya şikayəti üzrə hazırlıq iclası təxirə salınıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə jurnalist Eynulla Fətullayevin apellyasiya şikayəti üzrə hazırlıq iclası təxirə salınıb. Bu barədə “Amerikanın Səsi”nə Şahvələd Çobanoğlu məlumat verib. Buna səbəb E.Fətullayevin vəkillərinin və özünü məhkəmədə iştirak etməməsidir. Növbəti hazırlıq iclası sentyabrın 29-na təyin olunub.

Eynulla Fətullayev Qaradağ Rayon Məhkəməsinin 2010-cu il iyulun 6-da çıxardığı hökmdən şikayət verib. Rayon məhkəməsi jurnalisti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamada təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, 2009-cu il dekabrın 29-da Eynulla Fətullayevin terrorla hədələmə ittihamı ilə 8,5 il həbs cəzasını çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparılıb və onun geyimində və ayaqqabısında heroin aşkarlanıb.

Məhkəmə çıxışlarında Fətullayev onun geyiminə qəsdən narkotik maddə qoyulduğunu bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsi Fətullayevin həbsi barədə qərarı əsassız sayaraq, onun dərhal azad edilməsini tələb edib.

XS
SM
MD
LG