Accessibility links

Deyvid Petreas Brüsseldə alyans rəsmilərinə müharibə planları barədə məlumat verib


ABŞ və NATO qüvvələrinin Əfqanıstanda yeni komandiri NATO baş katibi Anders Foq Rasmussenlə görüşüb

ABŞ və NATO qüvvələrinin Əfqanıstanda yeni komandiri təyin edilən general Deyvid Petreas Brüsseldə alyans rəsmilərinə müharibə planları barədə məlumat verib. Petreas NATO baş katibi Anders Foq Rasmussenlə görüşüb və Şimal Atlantik Şuranın səfirlərinə müraciət ünvanlayıb. Bu arada NATO bildirir ki, əfqan və beynəlxalq qüvvələr Əfqanıstanın cənubunda 4 saat davam edən döyüşlərdən sonra Talibanın regional liderini ələ keçiriblər. Alyansın məlumatına görə, Helmənd vilayətinin ucqar Baqram rayonunda gedən döyüşlər zamanı çoxsaylı yaraqlı öldürülüb. NATO bildirir ki, ölkənin cənubunda baş vermiş toqquşmalar zamanı alyansın bir əsgəri həlak olub.

XS
SM
MD
LG