Accessibility links

Eyyub Yaqubov Nyu-Yorkda


May ayının 12-i Nyu-York şəhərinin Millenium teatr konsert zalında ilk dəfə olaraq Azərbaycan müğənnisi Eyyub Yaqubovun konsert proqramı keçirilib.

Amerikanın bir çox şəhərlərindən Azərbaycan, türk və yəhudi icmalarının üzvləri konsertə tamaşa etməyə gəlmişdi.

Birləşmiş Ştatlara qastrol səfəri edən müğənni Nyu-York və Virciniya ştatlarında olduqdan sonra may ayının 22-si Bakıya yola düşəcək.

Bu, Eyyub Yaqubovun Birləşmiş Ştatlara ilk qastrol səfəridir.

Konsert proqramının təşkilatçısı və sponsoru Nyu-York şəhərində yaşayan iş adamı, əslən Bakılı Zarina Yusupovadır.
XS
SM
MD
LG