Accessibility links

Fələstinin iki əsas qrupu Fətah və Həmas yaxın günlərdə vahid dövlət qurmaq barədə barış müqaviləsi əldə ediləcəyini bəyan edib. Rəqib qruplar çərşənbə günü yeni seçkilərin keçirilməsində razılıq əldə edərək yeddi illik ayrılığa son qoymağa çalışacaqlar.

Həmas və Fətahın 2007-ci ildə zorakılıqla parçalanması nəticəsində əhali arasında da bölünmə yaranıb.

Birləşmiş Ştatlar və İsrail razılığı pisləyərək, bunun sülh səylərinə mənfi təsir göstərəcəyini bildirib.

İsrail baş naziri Benyamin Netanyahu deyib ki, Fələstin lideri prezident Mahmud Abbas sülh prosesini sabotaj etməyə çalışır.

İsrail, ABŞ və Avropa Şurası Həması terrorist qrupu adlandırıb.

Ancaq Qəzza küçələrində insanlar yeddi ildir davam edən bölünmədən sonra barış razılığının əldə olunmasını sevinclə qarşılayıblar.

Barışığın nə qədər nailiyyətli olacağı hələlik aydın deyil. Cünki son barışıq cəhdləri uğursuzluqla nəticələnmişdi.
XS
SM
MD
LG