Accessibility links

Elm

F-35 qırıcı təyyarəsinin təqdimatı keçirilib [Video]


Bu il İngiltərənin Farnborq şəhərində keçirilən beynəlxalq uçuş sərgisində ABŞ-ın təkmilləşdirilmiş mühərrikinə sahib hərbi təyyarəsi nümayiş olunub. Dünya boyu hərbiçilərin diqqətini çəkən Lockheed Martin şirkətinin F-35 qırıcı təyyarəsinin qiyməti 100 miliyon dollardan çoxdur.

Şaquli yerdən qalxış və eniş yenilik olmamasına baxmayaraq 27 ton ağırlığındakı təyyarənin uçuş zolağında rahat hərəkət etməsi heyrətamiz idi.

Təyyarə tarixdə ən bahalı hərbi sistem olaraq adlanır. Lockheed Martin şirkətinin F-35 təyyarəsi həmçinin “İşıqlandırıcı 2” adlanır. Təyyarənin istehsalında xərclərin təxminləri aşması və gecikmələrə baxmayaraq o ən təkmilləşdirilmiş qırıcı təyyarə kimi tarixə düşüb.

Qarri Mayhev: “Bu müasir texnologiyada son mərhələdir. Sensorlar, sistemlər və aviasiya elektronikası bu təyyarədə bir araya gəlir. Bu, əvvəlki təyyarələrdə olmayıb.”

F-35-ın əsas özəlliklərindən biri onun mühərrikidir. Mühərrik 18 metrik ton güc meydana gətirir və təyyarəni saatda 2,000 km uçurda bilir.

Mark Buonqiorno: “Mühərrikin supersonik güc meydana gətirmə qabiliyyəti, qısa məsafədə şaquli eniş və ya qalxış kimi xüsusiyyəti var.”

F-35-in üç fərqli modeli var. Onlardan ikisi şaquli olaraq qalxa və enə bilir. Qırıcı təyyarə ABŞ hərbisində 2015-ci ildən bəri mövcuddur. Lockheed Martin əlavə 10 xarici alıcının sifarişi üzərində işləyir. Şirkətin hədəfi 2023-cü ilədək 3000 ədəd təyyarə satmaqdır.

Müasir F-35 qırıcı təyyarəsinin tələbləri onun son dərəcə kompleks cihaz olduğunu göstərir. Təyyarənin daim təftiş və təkmilləşdirilməyə ehtiyacı var. Beləliklə təyyarəyə göstərilən hazırkı xidmət onu 2070-ci ilədək davam etdirəcək.

XS
SM
MD
LG