Accessibility links

İranda iki “Facebook” fəalı tutulub


facebook
facebook

Fəallar “Facebook” sosial şəbəkəsində ölkə rəhbərlərini təhqir etməkdə günahlandırılır

İranda virtual aləm üzrə polis rəisi Əli Mirəhmədi iyulun 9-da jurnalistlərə açıqlamasında “Facebook” sosial şəbəkəsində ölkə rəhbərlərini təhqir edən iki nəfəri tutduqlarını bildirib.

“Media forum” saytının məlumatına görə, Əli Mirəhmədi deyib ki, tutulanlar “Facebook” səhifələrində ölkə rəhbərliyini açıq-aşkar təhqir edir, onlara qarşı nalayiq şəkillər və materiallar yayırdılar:

“Virtual aləmdəki təhlükəsizliyi qoruyub saxlamaq, oradakı fəaliyyətləri izləyib nəzarətdə saxlamaq virtual aləm üzrə polisin əsas vəzifələrindən biridir. Həmin “Facebook” səhifələrini idarə edənlər 45 yaşlı kişi və 35 yaşlı qadındır. İnternet üzrə mütəxəssislərimiz çox çalışandan sonra həmin şəxslərin Simnan və Mehdişəhərdə olduqlarını müəyyənləşdirə bildilər.
Məmurlarımız isə keçirdikləri əməliyyatda həmin şəxsləri tutub. Tutulanlar ilk dindirilmədə fakt qarşısında qalaraq bütün günahlarını boyunlarına alıblar”.

Əli Mirəhmədi tutulan “Facebook” fəallarının adlarını açıqlamayıb.
XS
SM
MD
LG